Virtualizasiyada istifadə olunan proqram təminatları araşdırılır

18 Noyabr 2020 - 18:39 | Konfranslar, İclaslar
Virtualizasiyada istifadə olunan proqram təminatları araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin “Red Hat Virtualizasiyası” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov server virtualizasiyasından danışdı. Bildirdi ki, bu, bir fiziki serverin proqram təminatı vasitəsilə bir neçə virtual serverə bölünməsidir. Hər bir virtual server müstəqil olaraq öz əməliyyat sistemlərini idarə edə bilər.

“VMware”, “Microsoft Hyper-V”, “Oracle VM Server”, “Red Hat Virtualization” virtualizasiyada istifadə olunan proqram təminatlarıdır”, – deyə bildirən S.Dursunov “Red Hat Virtualizasiyası”nın tarixi, istifadə etdiyi protokollar, komponentləri, sxemi barədə ətraflı məlumat verdi, texniki məlumatları diqqətə çatdırdı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.