İsveç xakeri "Mac OS X" əməliyyat sistemində kritik boşluqlar aşkar edib. Bədniyyətlilər bu boşluqlardan daxil olaraq "superistifadəçi" hüququ qazana və təhlükəsizlik sistemini keçərək qurğudan istifadə edə bilərlər.
it.tut.by saytının məlumatına görə, boşluqlar "Mac OS X" əməliyyat sisiteminin “Yosemite”-a qədər bütün versiyalarında mövcuddur və "Rootpipe" adını almışdır. Bunu aşkar etmiş xaker Mac-qurğuların mühafizəsindən yan keçməyin üsulunu açıqlamamaq qərarına gəlib. Beləliklə o, "Apple" şirkətinə əməliyyat sistemindəki boşluqları aradan qaldırmaq üçün vaxt verib.
"Apple" şirkəti hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib. Lakin şirkətdən bildiriblər ki, "Apple" artıq problemin həlli istiqamətində araşdırmalara başlayıb. Ehtimal edilir ki, əməliyyat sistemindəki boşluqların aradan qaldırılaraq yenilənməsi 2015-ci ilin yanvar ayına təsadüf edəcək. Çünki, şirkət əməliyyat sisteminin bir neçə versiyası üçün "yamaq" hazırlamalıdır.
Xaker Mac-qurğularının istifadəçilərinə administratorun istifadəçi hesabından istifadə etməməyi və sərt diskin şifrələnməsini daxil etməyi məsləhət görüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.