Azərbaycan dili “Think!Check!Submit!” sisteminə daxil olub

13 İyul 2020 - 15:52 | Mühüm hadisələr
Azərbaycan dili “Think!Check!Submit!” sisteminə daxil olub

Tədqiqatçının məqalə dərc etdirmək üçün doğru jurnal seçiminə kömək edən “Think!Check!Submit!” sistemi dünyanın 40 dilinə tərcümə edilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və proqramçı Firudin Əsgərov bu sistemin Azərbaycan dilində versiyasını hazırlayıblar. Bununla da, Azərbaycan dili “Think!Check!Submit!”ə 41-ci dil kimi daxil olub.

Bundan sonra, hər bir tədqiqatçı thinkchecksubmit.org saytına daxil olub “Languagies” (Dillər) bölməsindən Azərbaycan dilini seçməklə təqdim olunmuş suallara cavab verə, seçdiyi jurnalın yırtıcı olub-olmamasını təyin edə, həmçinin məqalənin dərci üçün doğru jurnal seçdiyinə əmin ola bilər.

Bu sistem tədqiqatçıların maarifləndirilməsi, eləcə də etibarlı tədqiqat və nəşrlərə inam yaratmaq məqsədini daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.