İyunun 19-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. Onlayn formada təşkil olunmuş imtahanda 8 magistrant “Elmi tədqiqatların əsasları” fənnindən öz biliyini sınayıb.
Növbəti – “Veb-proqramlaşdırma dilləri”, “İntellektual sistemlər”, “Kriptoqrafiya”, “Kompüter şəbəkələrinin təhlükəsizliyi” fənlərindən imtahanların isə müvafiq olaraq 25 iyun, 6 iyul və 10 iyul tarixlərdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli 144 saylı “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulmuş, sessiyanın keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.