İnsanın yorğunluq səviyyəsinə nəzarət üçün məişət cihazı hazırlanıb

31 Oktyabr 2014 - 14:00 | Konfranslar, İclaslar
İnsanın yorğunluq səviyyəsinə nəzarət üçün məişət cihazı hazırlanıb

Yaponiyanın müxtəlif tip oyun konsolları ilə məşhur olan “Nintendo Co.” korporasiyası insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazını hazırlayaraq onu satışa çıxarmağa hazırlaşır. Bu barədə Tokioda ekspertlərlə görüşdə korporasiya prezidenti Satoru İvata məlumat verib.

ictnews.az saytının məlumatında bildirilir ki, yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləyəcək. Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil ediləcək və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər veriləcək.

“Nintendo Co.” prezidenti qeyd edib ki, cihaz 2015-ci ildə satışla çıxarılacaq. Korporasiya sağlamlıq vəziyyətinə nəzarətlə bağlı qurğuların istehsalını genişləndirmək niyyətindədir.