AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadılır

27 Aprel 2020 - 12:00 | Elanlar
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadılır

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır. 

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.

science.gov.az