Artıq bank ödənişlərini “ağıllı” üzük həyata keçirəcək

18 Fevral 2020 - 09:11 | Texnoloji yeniliklər
Artıq bank ödənişlərini “ağıllı” üzük həyata keçirəcək

Bu günlərdə Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı “Ring Pay” adlı “ağıllı” ödəniş üzüklərini təqdim edib. “Ağıllı” üzük nağdsız ödənişləri təmassız qaydada həyata keçirməyə imkan verir.  

“Ring Pay” adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Azərbaycan Beynəlxalq Bankının yaydığı xəbərə görə, “Ring Pay”i yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.