Müasir smartfonlarda yaddaş azlığı uzun müddətdir ki, bazarda ən aktual problemlərdən biridir. Yığıcının istehsalçı tərəfindən təyin edilmiş həcmi yenə də kifayət etmir. Yeni proqram təminatı tətbiqlərə məlumatları yalnız ehtiyac duyulduqda qadcetlərə ötürməyə imkan verəcək ki, bu da qurğuların yaddaşının 85 faizinə qənaət edilməsinə gətirib çıxaracaq.
dni24.com saytının məlumatına görə, onun iş prinsipi onlayn kinoteatrlar kimi populyar striminq xidmətlərində tətbiq edilən proqram təminatına çox oxşardır. Onlar filmləri qurğuların yaddaşında saxlamırlar, yalnız tamaşaçılara translyasiya edirlər. Digər hallarda proqramların videoçarxlar, qrafiklər və ya kod yolları kimi “ağır” komponentləri dərhal birbaşa smartfona ötürülür ki, bu da problemlərin yaranmasına səbəb olur. Mütəxəssislər xüsusilə “Android” əməliyyat sistemində böyük oyunların quraşdırılması və istifadəsi zamanı məlumatlar anbarına tələbləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək “AppStreamer” adlı platforma hazırlayıblar.
Yeni proqram oyun prosesini dayandırmadan məlumatları tətbiq və bulud arasında asanlıqla yerləşdirir. “AppStreamer”in sınaqlarında iştirak edən istifadəçilərin əksəriyyəti yeni platforma sayəsində oyunda heç bir fərq qeyd etmədiklərini bildiriblər. Bununla yanaşı, qurğulara yüklənmiş oyunlar əhəmiyyətli dərəcədə az yaddaş həcmini tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.