“Ford” avtomobil təkərləri üçün 3D-kilid təqdim edib

05 Fevral 2020 - 17:14 | Texnoloji yeniliklər
“Ford” avtomobil təkərləri üçün 3D-kilid təqdim edib

ABŞ-ın ən böyük avtomobil istehsalçılarından biri olan “Ford” şirkəti avtomobil təkərləri üçün 3D-kilid təqdim edib. Onun hazırlanması zamanı mütəxəssislər sürücünün səsindən istifadə ediblər ki, bu da cinayətkarlara açarın surətini çıxarmağa imkan verməyəcək.

hightech.fm saytının məlumatına görə, mühəndislər sürücünün səsinə əsaslanan unikal konturlara malik qaykalar hazırlayıblar. Proqram əvvəlcə səsi qeydə alır, sonra onu fiziki şəkilə çevirir və 3D-çap zamanı detalın üzərinə qoyur. Detalın bir hissəsi kilid, digəri isə açar olur.

Onlar turşuya və korroziyaya davamlı paslanmayan poladdan istifadə ilə çap edilir. Hər bir qaykanın qeyri-bərabər yerləşdirilmiş, tədricən genişlənən til və batıqlara malik olması cinayətkarların şəklin mum izini yaratmasına imkan vermir.

Mühəndislər qurğunun yaradılması üçün istifadəçilərin tələblərini araşdırıblar. Qeyd edilib ki, bəzi asan əriyən disklər minlərlə dollar dəyərindədir və onlara əlavə mühafizə sistemi lazımdır. Məhsulun fərdiləşdirilməsi bir daha sübut edir ki, 3D-çap avtomobil istehsalında dönüş nöqtəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.