Böyük Britaniya kraliçası II Yelizaveta “Twitter” sosial şəbəkəsinə daxil olaraq Londonun məşhur Elm Muzeyində yeni sərginin açılışı haqqında məlumatı dərc edib. Kraliçanın ilk tviti hökumət akkauntu olan @BritishMonarchy-də dərc olunub.
“Elizabeth R.” imzası ilə çıxış edən II Yelizaveta yazıb: “Elm Muzeyində “İnformasiya əsri” sərgisinin açılışını etmək necə də xoşdur. Ümid edirəm ki, insanlar bu sərgini ziyarət etməkdən məmnun qalacaqlar”.
Qeyd edək ki, oktyabrın 24-də muzeyin yeni açılan bölməsində informatika və kommunikasiyalara həsr olunmuş ekspozisiya yer alıb. Burada 800-dən çox eksponat təqdim olunub. Sərgidə görkəmli ingilis riyaziyyatçısı Alan Türinqin yaratdığı dünyada ilk kompüter də sərgilənib. “ИТАР-ТАСС” İnformasiya Agentliyinin bildirdiyinə görə, yeni bölmədəki rekonstruksiya işlərinə 25 milyon dollar sərf edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.