“Mail.ru Group” İnternet şirkəti “Marusya” səs köməkçisinə əsaslanan şəxsi “ağıllı dinamik”i üçün ilkin sifarişləri qəbul edir.
“Ağıllı” sütun “Kapsul” adlandırılıb. İstifadəçilər ilkin satış məbləği 6990 rubl dəyərində olan cihazı artıq sifariş edə bilərlər. Şirkət kapsulun kütləvi satışına qarşıdakı aylarda başlayacaq.
Sütun “ağıllı” ev sistemləri ilə birləşdirilib. Onun köməkliyi ilə elektrik cihazlarını, elektrik mənbəyini və digər avadanlıqları idarə etmək mümkün olacaq. “Mail.ru Group”un bu sahədə ilk tərəfdaşları “Rostelekom” və “Redmond” olub.
“İnterfax” informasiya agentliyinin məlumatına görə, “ağıllı” sütunun gücü 30 vattdır. O, üç dinamik, səs gücləndirici və nitqin tanınması üçün altı rəqəmsal mikrofona malikdir.
“Mail.ru Group”dan başqa, səs köməkçiləri “Yandex” və “Tinkoff” kimi şirkətlər tərəfindən də inkişaf etdirilir. 2018-ci ildə “Yandex” “Alice” səs köməkçisi ilə “ağıllı” sütunun satışlarına başlayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.