Britaniya tarixçiləri və mühəndisləri qədim Misir kahini Nesyamunun səsini bərpa edərək ona bir neçə səsi ifadə etməyi öyrədiblər.
Nesyamun Karnakdakı Amon Allahının məbədlərindən birinin ərazisində tapılıb. Mumiya 1823-cü ildə Böyük Britaniyaya gətirilib və Lids muzeyində sərgiyə qoyulub.
Tarixçilər mumiyanın təxminən 3100 il əvvəl yaşamış Amonun yüksəkrütbəli keşişlərindən biri olan Nesyamunun qalıqları olduğunu iddia edirlər. Nesyamunun səs telləri, qırtlaq və səs aparatının başqa elementləri mükəmməl şəkildə qorunub saxlanıldığı üçün elm adamlarının diqqətini çəkməyi bacarıb.
“İTAR TASS” agentliyinin məlumatına görə, mütəxəssislər 3D printerdən istifadə edərək çap edilən dil və digər nitq orqanlarının dəqiq üçölçülü modelini tərtib etmək üçün kompüter tomoqrafiya məlumatlarından istifadə ediblər. Nəticədə, onlar Nesyamun mumiyasına “a” və “e” kimi bir neçə sait səsi “tanıda biliblər”.
Mütəxəssislərin fikrincə Misirli alimlər, öz növbəsində, oxşar alqoritmlərdən istifadə edərək keşişin bütün həyatını keçirdiyi Amon məbədini turistlər üçün daha cəlbedici edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.