“Xiaomi” bakteriyaları təmizləyən lampa hazırlayıb

27 Yanvar 2020 - 12:26 | Texnoloji yeniliklər
“Xiaomi” bakteriyaları təmizləyən lampa hazırlayıb

Təhlükəli bakteriyalar insanların yaşadığı hər yerdə mövcuddur. İnsanın immuniteti azaldığı zaman bu mikroorqanizmlər daha təhlükəli olur.

Onların qarşısını almaq məqsədi ilə Xiaomi şirkəti yeni “FIVE Smart Disinfection and Sterilization Lamp” məhsulunu təqdim edib. Lampa otaqdakı havanı təhlükəli bakteriyalardan təmizləməyə xidmət göstərir.

ferra.ru saytının məlumatına görə, cihaz dezinfeksiya üçün ultrabənövşəyi işıqdan istifadə edir və “Mijia” proqramı vasitəsi ilə idarəetməni dəstəkləyir. Lampanın xidmət müddəti 9000 saata çatır.

Mütəxəssislər qeyd edirlər ki, “FIVE” lampasının sterilləşdirmə effektivliyi 99,9% -ə çatır, lakin hələ də bütün növ bakteriyaları məhv edə bilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.