Səhmlərinin çox hissəsi “General Motors”a məxsus olan “Cruise” ilk sürücüsüz avtomobilini təqdim edib. Elektrikli “Cruise” şirkətin digər səhmdarı “Honda” tərəfindən hazırlanıb. Sükanı və pedalı olmayan avtomobilin istehsalına ötən ildən başlanılıb.
Avtomobilin kütləvi istehsalına nə zaman başlanacağı barədə hələlik dəqiq məlumat verilməyib. Bundan öncə onun sınaqdan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu “Cruise”in ilk sürücüsüz avtomobili deyil. O, uzun illər “test-drayver”lərin köməyi ilə “Chevrolet Bolt” elektrikli avtomobilini sınaqdan keçirib.
Keçən il isə “General Motors” San-Fransiskoda ticarət və ictimai iaşə sahələri üçün sürücüsüz avtomobilləri istifadəyə vermək istəsə də, onların əlavə sınağa ehtiyac duyduğunu bildirərək bu planı müvəqqəti təxirə salıb.
“Honda” 2018-ci ildə “Cruise”in 5.7% səhmini 2.75 milyard dollara (2.1 milyard funt sterlinq) alıb. Elə həmin ilin oktyabrında sövdələşmənin bir hissəsi olaraq “General Motors” özünəməxsus avtomobil istehsal etməyi planlaşdırdığını açıqlayıb və Yaponiyanın “SoftBank Vision” Fondu da şirkətə investisiya qoyub.
“BBC News” telekanalının məlumatına görə, digər avtomobil istehsalçıları da ən yeni süni intellekt texnologiyasından istifadə edərək avtomatik idarə olunan avtomobillər istehsal etməyə can atırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.