Süni intellekt insanı rəqsinə görə tanımağı öyrənib

21 Yanvar 2020 - 10:00 | Texnoloji yeniliklər
Süni intellekt insanı rəqsinə görə tanımağı öyrənib

Fin alimləri insanı rəqsinə görə tanımaq üçün neyron şəbəkəsi yaradıblar. Sınaqlar göstərib ki, süni intellekt 90% dəqiqliklə sərbəst rəqs hərəkətləri üzrə insanı müəyyənləşdirmək imkanına malikdir.

Rəqs zamanı insanın hərəkətləri musiqi janrına və onun tempinə uyğunlaşır. Bu proses ikitərəflidir - yəni, musiqi yalnız rəqsi müəyyənləşdirmir, həm də rəqs musiqiyə uyğun olur.

Tədqiqatçılar bu fərziyyəyə əsaslanaraq 73 könüllüdən 16 fərqli janrdakı musiqi əsərlərinə rəqs etmələrini xahiş ediblər.

hightech.fm saytının məlumatına görə, rəqs zamanı könüllülərin hərəkətləri müvafiq tənzimləyicilər tərəfindən oxunub. Bunun əsasında tədqiqatçılar sınaq iştirakçılarının bədəninin ikiölçülü modelini tərtib ediblər.

Sonra alimlər dayaq vektor metoduna əsaslanan alqoritm hazırlayıblar və rəqs qeydini rəqs edənlə müqayisə etmək tapşırığı veriblər.

Tanınma dəqiqliyi son dərəcə yüksək, təxminən 90% olub. Tədqiqat müəllifləri qeyd edirlər ki, neyron şəbəkəsi rəqs edən insanı baş, boyun və çiyin hərəkətləri üzrə ən yaxşı şəkildə müəyyənləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.