“Ağıllı” kontakt linzalar hazırlanıb

17 Yanvar 2020 - 15:52 | Texnoloji yeniliklər
“Ağıllı” kontakt linzalar hazırlanıb

“Mojo Vision” şirkəti unikal kontakt linzalarının üzərində on il davam edən hazırlıq işlərini tamamlayıb. “Ağıllı” linza inteqrasiya edilmiş ekranla dünyada ilk intellektual kontakt linzadır.

İstehsalçılar istifadəçinin “ağıllı” kontakt linzaya ehtiyac duyduğu anda istifadə edə və ehtiyac olmadıqda onu rahatlıqla söndürə biləcəyini qeyd edirlər. Beləliklə, məlumatlar istəmədiyi zaman istifadəçinin diqqətini yayındırmayacaq.

bbc.com saytının məlumatına görə, cihaz yalnız əyləncə və işgüzar dəyər baxımından faydalı olmayacaq, həm də görmə qabiliyyəti zəif və ya onu tamamilə itirmiş uşaqlar, eləcə də böyüklər üçün həyat keyfiyyətini yaxşılaşdıracaq. O, kontrast, işıqlandırma və miqyas tənzimləməklə görüntülərin keyfiyyətini artırmağa kömək edəcək.

Mütəxəssislər “ağıllı” linzanın batareyasının onun bütün ömrü üçün nəzərdə tutulduğunu və enerji yüklənməsinin xüsusi patentləşdirilmiş induksiya sistemi vasitəsi ilə həyata keçiriləcəyini bildirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.