Günəş enerjisi ilə işləyən noutbuk ixtira olunub

16 Yanvar 2020 - 12:13 | Texnoloji yeniliklər
Günəş enerjisi ilə işləyən noutbuk ixtira olunub

Texnika nəhəngi “Microsoft” günəş enerjisi ilə işləyən noutbuk ixtira edib. Patentə sifarişdə qurğunun süni işıqdan enerji toplamaq imkanına malik olması qeyd edilir.

korrespondent.net saytının məlumatına əsasən, cihaz 2018-ci ilin ikinci yarısında ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilsə də, təşkilatın saytında yalnız 2020-ci ilin yanvar ayında yayımlanıb.

Şirkətin mühəndisləri təsvirə və sxemə əsasən, noutbukun arxa panelində cihazın batareyasına qoşulan fotoelementləri yerləşdiriblər.

Avtonom iş zamanı kompüter elektrik şəbəkəsinə qoşulmadıqda batareyaları günəş panelləri ilə doldurmaq mümkün olacaq. Patentdə yenidən yükləmə üçün yalnız günəş deyil, həm də süni işıq, közərmə lampalarının əlverişli olduğu qeyd olunub.

Qatlanan konstruksiya sayəsində panellərin lazım olduqda kompüterin korpusunda gizlədilməsi mümkündür. Qeyd edək ki, kompüterin enerji mənbələri vasitəsilə enerji doldurmaq üçün lazım olan vaxt göstərilməyib. Mütəxəssislər günəş enerjisi ilə işləyən bu ixtiranın “Microsoft” nəslindən olan yeni noutbuklar sırasında görünə biləcəyini istisna etmirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.