Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb

16 Yanvar 2020 - 08:50 | Yeni nəşrlər
Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb.

Kitabda şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərinin nəticəsidir.

Burada, həmçinin dünyanın aparıcı nəşrlərindən olan “Harvard Business Review” jurnalında (sentyabr 2000-ci il) dərc edilmiş “Tanınmış lider olmağın yolu” sərlövhəli məqalənin müəllifləri Robert Qoffi və Haret Consun fikirləri dərc olunub. Onlar yazırlar: “İntuisiya siyasi liderin əvəzedilməz keyfiyyətidir. Belə adamlar haqqında deyirlər ki, onlar şəraiti yaxşı hiss edirlər. Onlar ətraf mühitdən gələn siqnalları instinktiv olaraq qəbul edir və nə baş verəcəyini əvvəlcədən duya bilirlər, hərçənd bu hadisələrin bütün təfərrüatını onlara heç kəs izah etməyib. O, ən kiçik eyhamların mənasını başa düşür və müşahidə qabiliyyəti az olan insanların nəzərindən qaçan cəmiyyətdə əhval-ruhiyyənin cüzi dəyişmələrini izləyir. Bütün görkəmli şəxsiyyətlər kəskin intuisiyaya malik olan insanlardır”.

AMEA-nın “Elm” nəşriyyatında çıxan və 168 səhifədən ibarət olan əsərdə öz əksini tapan materiallar Azərbaycan və rus dillərində təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.