AMEA İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin 9 aylıq fəaliyyətlərinə həsr olunmuş hesabat iclasları davam edir. Növbəti hesabatı institutun 18 saylı şöbəsinin müdiri Anar Səmidov təqdim edib. O, şöbədə "İnternet-reklamın müasir vəziyyəti, inkişaf problemləri və səmərəliyin artırılması yolları” mövzusunda araşdırmaların aparıldığını və tədqiqat nəticəsində ekspress-informasiyanın çap olunduğunu diqqətə çatdırıb.
Şöbənin praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən danışan məruzəçi institutun yeni əmakdaşları üçün vəsiqələrin, AMEA əməkdaşlarına təbrik açıqçaları, plaket-adreslərin hazırlandığını deyib. Bildirib ki, ekspress-informasiya kitabçaların, həmçinin avtoreferatların, dissertasiya işlərinin çapı və cildlənməsi də praktiki fəaliyyət çərçivəsində görülən işlərdəndir.
A.Səmidov, həmçinin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı şöbədə həyata keçirilən tədbirləri nəzərə çatdırıb.
Hesabat ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.