“Bosch” sürücünü günəşdən qorumaq üçün ağıllı örtük təqdim edib

13 Yanvar 2020 - 15:14 | Texnoloji yeniliklər
“Bosch” sürücünü günəşdən qorumaq üçün ağıllı örtük təqdim edib

Günəşli günlərdə yol qəzaları riski təxminən 16% artır və istifadə edilən qoruyucular sürücünü parlaq işıqdan hər zaman xilas edə bilmirlər.

“Bosch” şirkəti sürücünün gözlərini parlaq günəşdən qoruyan və görməsinə maneə törətməyən “Virtual Visor” adlı ağıllı örtük hazırlayıb. Cihaz altıbucaqlı hüceyrələrə bölünmüş şəffaf LCD displeyli panelə malikdir. Sistem aktivləşdirildikdə sürücünün gözlərini işıqdan qorumaq üçün qaralması lazım olan sahələri müstəqil olaraq təyin edir.

4pda.ru saytının məlumatına görə, süni intellekt quraşdırılmış kameranın məlumatlarına əsaslanaraq kölgənin düşmə mərkəzini tam olaraq  hesablayır. “Virtual Visor”un əksər hissəsi şəffaf qalır və ətrafı müşahidə etməyə mane olmur.

İstehsalçılar cihazın videonəzarət sistemi ilə birlikdə işləyəcəyini qeyd edirlər. Videonəzarət sistemi avtomobilin salonunda quraşdırılmış kameralardan istifadə edərək sürücü və sərnişinlərin davranışlarını izləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.