Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilib. İki həftə davam edən kursda AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov iştirak edib.
Qeyd edək ki, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılması olub.
“Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim”in sonunda S.Dursunova “Log qeydlərinin təhlili və idarəolunması”, “Sistem təhlükəsizliyinin yoxlanılması”, “Kiber insidentlərə reaksiya qrupu” mövzularında müvəffəqiyyətli iştirakına görə sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.