“Twitter” istifadəçilərə mesajlarına kimin cavab verə biləcəyini və ya cavabları tamamilə bloklaya biləcəyini idarə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib.
Sosial media şirkətləri kiberhücumlardan qorunmaq məqsədilə bu problemdən müdafiə üsullarını araşdırır və ciddi tədbirlər görməyə çalışırlar.
bbc.com saytının məlumatına görə, “Twitter” Las-Veqasda keçirilən “CES 2020” beynəlxalq sərgisində təqdimat zamanı təcrübə detallarını açıqlayıb. Şirkət artıq istifadəçilərin tvitlərinə verilən cavabları gizlətməyə imkan verən funksiyanı işə salıb.
Yeni xüsusiyyətlər istifadəçilərə cavab üçün dörd fərqli seçim etməyə imkan verir:
Qlobal - hər kəsin cavab verməsinə icazə verir;
Qrup - istifadəçinin izlədiyi insanların cavablarına icazə verir;
Panel - qeyd olunan insanların cavablarına icazə verir;
Tətbiq - heç bir cavab verməyə icazə vermir.
Xatırladaq ki, ötən ildən etibarən “Twitter” istifadəçilərə tvitlərinə verilən xoşagəlməz cavabları gizlətməyə imkan verən funksiyanı tətbiq edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.