Amerikanın Las-Veqas şəhərində keçirilən “CES 2020” sərgisində süni intellektə malik robotlar nümayiş etdirilir.
Sərgidə nümayiş olunan “Picnic” adlı bişirmə cihazı saatda 300-ə qədər pizza bişirir. Onun qısa zaman ərzində sendviç, salat və digər təamları hazırlaya biləcəyi gözlənilir. İstehsalçılar “Picnic”i əsasən restoran şəbəkələrində geniş istifadəyə verməyi planlaşdırır.
Nümayiş etdirilən robotlardan biri də əyləncə xarakteri daşıyan “MarsCat”in demo versiyasıdır. Bu robot oyuncaqlar ilə oynaya, sahibinin səsini tanıya, həmçinin həqiqi pişiklərlə də əlaqə yarada bilir. Onun üstünlüyü ondan ibarətdir ki, proqramlaşdırılaraq tələbələrə süni intellekt tətbiqlərini öyrətməkdə istifadə edilə bilər.
“Labrador” robotu ev heyvanlarından faydalana biləcək insanların rahatlıqlarını təmin etmək üçün hazırlanıb.
“Yukai Bocco” robotu uşaqlara valideynlərinə səs mesajları göndərmək və qəbul etmək imkanını təqdim edir. O, həmçinin hər bir ailə üzvünün evə nə vaxt gəldiyini, hava şəraitinin necə olduğunu və qapının düzgün bağlandığını bilmək üçün əlavə sensorlarla əlaqələndirilə bilir.
“Mirriad” şirkəti çəkildikdən sonra filmlərə reklam əlavə etməyə imkan verən sistem təqdim edir.
Nümayiş etdirilən cihazlardan biri “Piqabrick” adlı obyekttanıma proqramından istifadə edən kiçik “ağıllı” şkafdır.
bbc.com saytının məlumatına görə, sərgidə “Cyberlink” üztanıma mütəxəssisi şəxslərin tanınması əməliyyatını təkmilləşdirərək son imkanlarını nümayiş etdirir. Cihaz “FaceMe” sistemindən istifadə edənlərin yaşını, cinsini və emosional vəziyyətini müəyyənləşdirmək üçün müvafiq reklamlar təqdim edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.