İstifadəçinin çəkisinə və qamətinə nəzarət edən xalça hazırlanıb

07 Yanvar 2020 - 10:24 | Texnoloji yeniliklər
İstifadəçinin çəkisinə və qamətinə  nəzarət edən xalça hazırlanıb

Vanna otağı üçün hazırlanmış xalça istifadəçinin çəkisini və duruşunu idarə edir.

Cihazın əsas funksiyalarından biri insanın stressini azaltmaqdır. Xalça istifadəçi üzərində dayandığı zaman məlumatları qəbul edir, onları dərhal yoxlayır və həmin şəxsin həddən artıq çəki alması və ya itirməsi barədə xəbərdarlıq edir.

hightech.fm saytının məlumatına görə, xalça üzərində dayanan şəxsdə müəyyən xəstəlikləri aşkar edə, eləcə də istifadəçinin çəkisini və qamətini tənzimləmək üçün xüsusi tapşırıqlar verə bilir.

Xatırladaq ki, daha əvvəl Almaniyanın Fraunhofer İnstitutundan olan tədqiqatçılar həkimlərə, xilasedicilərə və digər təcili yardım işçilərinə ürək-ağciyər reanimasiyasını daha sürətli və effektiv şəkildə aparmağa imkan verən təzyiqə həssas sinə döşəyi yaradıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.