İnstitutun aparıcı elmi işçisi elmi ekspertiza fəaliyyətinə görə sertifikata layiq görülüb

07 Yanvar 2020 - 08:18 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Journal of Petroleum Science and Engineering” (Neft Elmləri və Mühəndisliyi) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Journal of Petroleum Science and Engineering” jurnalı “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnaldır. Jurnalın 2019-cu ildə impakt faktoru 2.886-ə, 5 illik impakt faktoru 3.157-ə bərabərdir.

“Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.