“Ağıllı” ev əşyalarını idarə edən cihaz hazırlanıb

28 Dekabr 2019 - 11:24 | Texnoloji yeniliklər
“Ağıllı” ev əşyalarını idarə edən cihaz hazırlanıb

“Adaprox” şirkəti “ağıllı” evi idarə edə bilən “Fingerbot” adlı cihaz hazırlayıb. Bu qurğu iOS və Android üçün tətbiq olunan proqram vasitəsilə işləyir.

Xüsusi bacarıqlara malik çoxcəhətli “Fingerbot” metal, şüşə və ya plastik materiallarda quraşdırıldıqdan sonra istifadəçilər sadəcə bir düyməni sıxmaqla istənilən “ağıllı” ev əşyasını işə sala bilirlər. Bu qurğu, həmçinin evdən uzaqda olduqda belə istifadə edilə bilər.

planet-today.ru saytının məlumatına görə, “Fingerbot” “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə rabitəni dəstəkləyir. “Google Assistant”, “Siri” və “Alexa” kimi xidmətlər vasitəsi ilə cihaza səsli mesaj verilə, eləcə də o, “Google Home” və “IFTTT”-ə bağlana bilər.

Mütəxəssislər “Fingerbot”un az enerji tələb etdiyini və təkrar doldurulmadan sonra altı aya qədər davam edən batareyaya sahib olduğunu qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.