Bitki yetişdirmək üçün qadcet hazırlanıb

27 Dekabr 2019 - 16:22 | Texnoloji yeniliklər
Bitki yetişdirmək üçün qadcet hazırlanıb

İstehsal edilən qeyri-adi və qəribə cihazlar sırasına LG şirkətinin evdə kiçik bağ yaratmaq üçün hazırladığı cihaz da qoşulub.

Şirkətin hələ adını vermədiyi cihaz xarici görünüşünə görə soyuducuya bənzəyir. Onun içərisində bitkilərin yerləşdirilməsi məqsədi ilə bir neçə rəf quraşdırılıb. İstifadəçilər bu qurğuda varlığını gizlətmək istədikləri bitkilər üçün ayrıca kabinet də düzəldə bilərlər.

Bu qadcet bitkinin normal böyüməsi və inkişafı üçün onu lazım olan iqlim şəraiti, eləcə də qayğı ilə təmin edir, içərisində bitki həyatı üçün ideal mühit yaradır. Cihaz temperatur, sutkanın müxtəlif vaxtı və digər şərtlərə uyğun olaraq LED arxa işığı, hava dövranını tənzimləyir və su təminatına nəzarət edir.

4pda.ru saytının məlumatına görə, cihaz daxilində xoşagəlməz qoxuların və qəliblərin yaranmaması üçün avtomatik tənzimlənən su təchizatı ilə təmin olunub. Mütəxəssislər qeyd edirlər ki, istifadəçilərə qurğunun daxilində bitkilərin vəziyyətini izləmək və onlara qulluq etmək üçün tövsiyələr almaq məqsədilə mobil proqram da hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.