“Google” şirkəti androidlər üçün tərcümə xidmətini təkmilləşdirib

27 Dekabr 2019 - 12:56 | Texnoloji yeniliklər
“Google” şirkəti androidlər üçün tərcümə xidmətini təkmilləşdirib

Müasir smartfonların köməyi ilə müxtəlif dillərdə olan məlumatları tərcümə etmək çox asanlaşıb. Lakin yaxın keçmişədək tərcümə tətbiqetmələrinin maksimum işləməsi üçün İnternet bağlantısı mütləq lazım idi.

Bir neçə il öncə, “Google Translate”in yaradıcıları  İnternetə qoşulmadan işləyə biləcək tətbiqetməni istifadəyə verdilər.

Bu günlərəd istifadəyə verilən yeni “Google Translate” mobil proqramı artıq bulud serverlərinə daxil olmadan daha dəqiq tərcümə edə bilir. Mütəxəssislərin fikrincə, internetə qoşulmadan işləyə bilən yeni mobil proqramda avtonom tərcümənin dəqiqliyi 20% artıb.

ixbt.com saytının verdiyi xəbərə görə, yeni versiyada 59 dil üçün avtonom tərcümələrin dəqiqliyi orta hesabla 12% artıb.

“Google” şirkətinin təmsilçiləri deyirlər ki, bəzi dillərdə (məsələn, polyak, Koreya, yapon və s.) avtonom rejimin dəqiqliyi 20% yüksəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.