Portativ dronların istehsalı sahəsində dünya liderlərindən biri olan “DJI” Çin şirkəti təkərli pilotsuz təyyarə patentini təqdim edib.
Patent sifarişinə əsasən, kameranı saxlayan, yaxşı düşünülmüş funksional sabitləşdirilmiş asmaya malik olan “hamısı birində” konsepsiyasının təcəssüm olunduğu, radio ilə idarə olunan robotdan söhbət gedir. Ekspertlərin fikrincə, “DJI” “Freefly” şirkətinin “Tero” təkərli platformasına meydan oxuyub.
techcult.ru saytının məlumatına görə, “Freefly” məmulatlarından fərqli olaraq, yeni roverin “Mavic” və digər “DJI” dronları kimi, öz kamerası və stabilizatoru var. Eyni zamanda bu qurğular bir çox oxşar cəhətə (məsələn, bir neçə səthdə, həmçinin keçilmiş yerdə çəkiliş aparmaq qabiliyyəti) malikdir.
“DJI”nin “yeni” mühitə çıxmaq qərarı tamamilə əsaslandırılıb. Şirkətin uçan pilotsuz təyyarələri ilə müqayisədə, bu kimi platformalar keyfiyyətli “yerüstü” çəkilişi təmin edə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.