Pensilvaniya, eləcə də Nyu York Universitetindən olan tədqiqatçılar virusların vaxtında aşkarlanması məqsədi ilə cihaz hazırlayıblar.
“VIRRION” adlı cihaz istənilən virusu vaxtında müəyyənləşdirə və təcrid edə bilir.
Cihazda diametri müxtəlif ölçülərdə olan bir çox nanotubdan istifadə olunub. Nanotublar zülal örtüyünün ölçüsündən asılı olmayaraq, virusların tutulmasına imkan yaradır və tutulan hissəciklər spektroskopiyadan istifadə edilərək təhlil edilir.
Hazırda virusları aşkar etmək üçün həcmcə böyük, eləcə də bahalı qurğulardan istifadə olunsa da, “VIRRION” ölçüsü bir neçə santimetr təşkil edir və qiyməti də münasibdir. Cihazın başqa bir üstünlüyü isə onun sürətli olmasındadır. Onun köməkliyi ilə kiçik bir nümunənin təhlili sadəcə bir neçə dəqiqə vaxt aparır.
nanonewsnet.ru saytının məlumatına görə, cihazın, ilk növbədə, tibbi xidmət sahəsində çatışmazlığı olan ucqar bölgələr üçün istifadəsi nəzərdə tutulub. Virrion müxtəlif xəstəliklərlə qarşılaşan həkimlərə, tədqiqatçılara, eləcə də fermerlərə mal-qara arasında yayılan bir çox virusların vaxtında aşkarlanmasına və sürünün çox hissəsini xilas etməyə kömək edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.