“Xiaomi” “ağıllı” soyuducu istehsal edib

25 Dekabr 2019 - 15:32 | Texnoloji yeniliklər
“Xiaomi”  “ağıllı” soyuducu istehsal edib

“Xiaomi” şirkəti 21 düymlük ekran ilə təchiz edilmiş geniş “ağıllı” “Viomi” İnternet soyuducusunu istehsal edib.

Soyuducu smartfonla sinxronlaşdırılır və səsli idarəetməni dəstəkləyir. İstifadəçilər cihazla söhbət edə bilər, dondurucu bölmədəki temperaturla maraqlana bilərlər.

planet-today.ru saytının məlumatına görə, “Viomi” soyuducusu geniş intellektual imkanlara sahibdir. Cihaz istənilən film və televiziya şousunu nümayiş etdirə, eyni zamanda milyonlarla resepti ehtiva edən onlayn verilənlər bazasına girişi təmin edə bilir.

“Viomi” soyuducusunun ümumi həcmi 408 litrdir. Cihaz 360 dərəcə soyutma sistemi ilə təchiz edilib və otaqdakı istilikdən asılı olmayaraq müəyyən edilmiş temperaturu saxlamağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.