21-ci əsrin əvvəllərinin ən vacib texnoloji yeniliklərindən biri litium-ion batareyalarıdır. Bu texnologiya mobil qurğuların, elektrikli nəqliyyat vasitələrinin, noutbukların, istifadə edilə bilən tibbi cihazların, robotların, uzaqdan idarəetmə cihazlarının və s. meydana çıxmasına səbəb olub.
İrlandiyadan olan bir qrup alim səmərəli batareyaların və onların elementlərinin istehsalı sahəsində araşdırmalar apararaq, bu texnologiyanın inkişafındakı növbəti böyük sıçrayışın batareyaların 3D printerdə çap olunması qənaətinə gəliblər.
nanonews.net saytının məlumatına görə, 3D printerdə çap olunacaq gələcək batareyalar sənaye dizaynına, estetik məqsədlərə, rahatlığa və funksional səbəblərə görə ardıcıl çap edilsə, məhsul standart batareyaların qabarıq və sabit şəklindən daha səmərəli olacaq.
Mütəxəssislər qeyd edirlər ki, yeni növ batareyaların materialları tutumlu olmalı, yükləmə və boşaltma dövrlərinə tab gətirməlidir və 3Dtexnologiya bu vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.