ABŞ prezidentinin baş kibermühafizəçisi maraqlı təklif irəli sürüb
Ağ Evin kibertəhlükəsizlik məsələləri üzrə şöbəsinin rəhbəri Maykl Deniel maraqlı təkliflə çıxış edib. O, verilənlərin ənənəvi mühafizə metodlarından, xüsusən də parollardan imtina etməyi, bunun əvəzinə isə alternativ variantlardan istifadəni təklif edib.
Bu haqda M.Deniel ABŞ-ın milli siyasət məsələləri üzrə Mərkəzi və “The Christian Science Monitor” xəbər portalının təşkil etdiyi diskussiya zamanı bildirib. “Düzünü deyim ki, mən, ilkin təhlükəsizlik metodu kimi parol anlayışını ləğv edərdim” – bildirən M.Deniel parolların alternativ metodlarla, misal üçün, biometrik üsullarla (barmaq izlərinin skaneri) və hətta selfi ilə əvəz olunmasını təklif edib. Şöbə rəhbəri əmindir ki, bu yolla qurğulara və ya qeydlərə əlyetərliyi bədniyyətlilər deyil, onların öz sahibi əldə edəcək.
hitech.newsru.com saytının məlumatına görə, Ağ Evin koordinatoru həmçinin “dəhşətli” hesab etdiyi təhlükəsizlik mexanizmi haqda problemlərdən də söhbət açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.