Həşərat formasında robot hazırlanıb

25 Dekabr 2019 - 09:42 | Texnoloji yeniliklər
Həşərat formasında robot hazırlanıb

Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri və onların Fransada olan həmkarları yüngül, çevik və davamlı mini robot hazırlayıblar. Kiçik böcəyə və ya kəpənəyə bənzəyən robotun köməyi ilə müəyyən işlər görmək və ya həşəratların davranışlarını öyrənmək mümkün olacaq.

“DEANsect” adlı robot saniyədə üç santimetr hərəkət edə bilir. “Həşərat robot”un iki növü  hazırlanıb - birinci növ zəruri elektrik enerjisini nazik məftil vasitəsilə alır, ikincisi isə daxili güc mənbəyi ilə təchiz olunub. Qurğu işıq mənbələrini tanıya, müxtəlif növ səthlər boyunca hərəkət edə, eləcə də çəkilmiş xətti izləyə bilir.

“Robot insan saçının qalınlığı ilə müqayisə olunan elastomerin tətbiqi nəticəsində elastiklik və müxtəlif səthlərdə sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Elastomer qalınlığı bir neçə molekuldan çox olmayan elektrodların yaradılması vaxtı nanotexnologiyalardan istifadə edilərək incə hala gətirilib”, – deyə İsveçrə alimləri qeyd ediblər.

planet-today.ru saytının məlumatına görə, miniatür böcəklərdən ibarət ağıllı həşərat robotları sürülərin təmir işlərini həyata keçirə, eləcə də kiçik robotları onları izləmək üçün böcək koloniyalarına göndərə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.