Robot öz “fəaliyyəti” haqqında izahat verə bilir

24 Dekabr 2019 - 17:07 | Maraqlı məlumatlar
Robot öz “fəaliyyəti” haqqında izahat verə bilir

Kaliforniya Universitetinin mühəndisləri Los-Ancelesdə maraqlı bir eksperiment keçiriblər. Tədqiqatçılar robotların öz hərəkətlərini insanlara necə izah edə biləcəklərini öyrənməyə çalışıblar.

“Science Robotics” elmi məcmuəsinin məlumatına görə, elmi təcrübələr üçün daha çox məşhur olan “Bakster” adlı robotdan istifadə olunub. İki qolu olan robotun başının yerində monitor yerləşdirilib. Xüsusi sensor əlcəyi onun hərəkətlərinin bütün fiziki parametrlərini yadda saxlamağa qadirdir.

Öncə, Baksterə qoruyucu mexanizmləri olan bankaları açmaq öyrədilib. Daha sonra təcrübədə iştirak edən 150 nəfər könüllü robotdan öz hərəkətini izah etməsini istəyiblər.

Bakster müxtəlif üsullarla öz hərəkətini izah etməyə çalışıb. Əvvəlcə, o, könüllülərə öz hərəkətlərinin videoyazısını göstərib. Daha sonra, əsas hərəkətlərinin ardıcıllığını təsvir edib. Növbəti dəfə, o, öz hərəkətlərinin vizuallaşdırılmış sxematik animasiyasını göstərib.

Nəhayət, sadə dildə mətn təsviri ilə öz hərəkətlərini insanlara izah etməyə çalışıb.

poisknews.ru saytinin verdiyi xəbərə görə, Aparılan sınaqlar göstərib ki, Baksterin sxematik animasiya ilə izah etməsi insanlar tərəfindən daha anlaşılan olub.

Tədqiqatçılar inanırlar ki, insanlar robotlarla ünsiyyət qurmağın ən asan yollarını taparaq gələcəkdə onlarla daha rahat qarşılıqlı anlaşma əldə edə biləcəklər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.