Alimlər “ağıllı” səsgücləndiricini ultrasəs dalğalarının köməyilə idarə etməyin universal üsulunu tapıblar. Bu barədə məqalə “IEEE Transaction on Emerging Topics in Computing” jurnalında dərc olunub.
dni24.com saytının məlumatına əsasən, bu sahədə əhəmiyyətli tədqiqatlar “ağıllı” texnikada bütün qeyri-dəqiqliklərin və nasazlıqların aradan qaldırılması məqsədilə mütəxəssislər tərəfindən aparılır. Yalnız bundan sonra proqram təminatını yeniləmək və kiçik problemləri də həll etmək mümkün olacaq. Yaponiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Vaseda Universitetinin mühəndisləri öncədən təyin edilmiş səsli əmrlər vasitəsilə ultrasəs dalğalarını yaymağa imkan verəcək qurğunun layihəsini hazırlayıblar. Səsgücləndiriciyə çatdıqda lazımi səs siqnalları yüksək səslənəcək ki, bununla da istifadəçi maneələri eşidə biləcək.
Qeyd etmək lazımdır ki, yeni texnologiya “ağıllı” səsgücləndiricilərlə yanaşı, “ağıllı” ev sistemləri üçün də istifadə oluna bilər. Bundan başqa, o, istifadəçinin şəxsi informasiyasına, eləcə də kart məlumatlarına girişi olan digər qurğuları da idarə etməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.