ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığı (SOCOM) verilən sualların nə dərəcədə başa düşüldüyünü təyin etmək və xüsusi təyinatlıların əsgərlərinə kömək etmək məqsədi ilə hazırlanmış sistemi təqdim edib.
Yeni cihaz insanın fizioloji vəziyyətini, stress və digər təbii reaksiyalarının mövcudluğunu izləmək üçün müxtəlif tənzimləyicilər ilə təchiz olunub. Yeni yaradılan sistemdə bədənin istiliyini izləmək və həmsöhbətinin səsini analiz etmək üçün radar və digər tənzimləyicilərdən istifadə edilir. Nəticədə cihaz yerli sakinlərə xas xüsusiyyətləri bilmədən söhbətin uğurlu və ya uğursuz olduğunu göstərə biləcək.
techcult.ru saytının məlumatına görə, “fizioloji analiz aləti” SOCOM mütəxəssisləri tərəfindən 15 tərəfdaş ilə birlikdə hazırlanıb. İstehsalçılar hava missiyalarını planlaşdırmaq üçün insanların 3D xəritə ilə manipulyasiya edə biləcəkləri xüsusi əlcək, həmçinin əsgərin fiziki vəziyyəti haqqında həkimlərə məlumat verən daxili tənzimləyiciləri olan köynək də hazırlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.