Elektron diş fırçası hazırlanıb

17 Dekabr 2019 - 16:02 | Texnoloji yeniliklər
Elektron diş fırçası hazırlanıb

Texnologiyalar sahəsində əldə olunan nailiyyətlər tezliklə insanları stomatoloqa müraciət etmək ehtiyacından xilas edə bilər. Belə ki, Çin brendi olan “Xiaomi” şirkəti “Mijia” elektron diş fırçasını təqdim edib. Şirkətin kataloqlarında ev üçün bir çox məhsul yer alır ki, bunların əksəriyyəti subbrendlərə aiddir. “Mijia” onun ciddi müttəfiqlərindən biridir.

dni24.com saytının məlumatına əsasən, qurğu dişlər arasındakı dərinliklərə daxil olaraq, ağız boşluğunu bakteriyalar və qida qalıqlarından təmizləyir. Devays, həmçinin diş ətlərini masaj edərək, qanaxmanı azaltmaqla ağız boşluğu xəstəliklərinin qarşısını alır.

Yeni texnologiya diş minasının tamamilə təmizlənməsinə imkan verir. Elektron fırça ağız boşluğunun kor sahəsinə toxuna bilməsi ilə də fərqlənir. Bunun üçün o, 4 peşəkar başlıqla təchiz olunub. “Mijia” 2200 milliAmper/saat tutumunda inteqrasiya edilmiş akkumulyatora malikdir ki, onun sayəsində qurğu bir dəfə enerji ilə doldurulduqdan sonra 45 günə qədər işləyə bilir.

Şirkət nümayəndələrinin sözlərinə görə, məhsul kraudfandinq platformasında yerləşdiriləcək, vəsaitin toplanmasına dekabr ayında başlanılacaq. Qurğunun qiyməti təxminən 24 ABŞ dolları təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.