Damar skaneri hazırlanıb

17 Dekabr 2019 - 11:08 | Texnoloji yeniliklər
Damar skaneri hazırlanıb

Bəzi xəstələrdə inyeksiya zamanı damarların dəri altında zəif görünməsi və ya heç görünməməsi onların aşkarlanması prosesində həkimlər üçün çətinlik yaradır. Uşaqları və yaşlıları, xüsusən də xroniki şəkərli, ağır çəkili xəstələri müalicə edərkən onlarda damarın tapılması tibb işçiləri üçün problem ola bilər.

Mütəxəssislər bu proseduru bir qədər asanlaşdırmaq məqsədilə damar skaneri yaradıblar. Bu cihaz qeyri-invaziv şəkildə tez, ağrısız və dəqiq damar tapmağa imkan verir.

Damar skaneri xəstənin cildinə yönəldilmiş zərərsiz infraqırmızı işıqdan istifadə edərək qandakı hemoqlobini udur və ətrafdakı toxuma onu əks etdirir. Skaner alınan məlumatları emal edir, onu vizuallaşdırır, rəng qatır və dəriyə proyeksiya edir. Cihazın köməyilə real vaxt rejimində qan damarlarının yerini və dərinin altında 10 mm dərinlikdə yerləşən damarların təsvirini görmək mümkündür. Proses gel və digər materiallar olmadan təmiz LED proyeksiyası vasitəsilə həyata keçirilir.

nanonews.net saytının məlumatına görə, rəqəmsal vizuallaşdırma texnologiyası çətin damarlarla işləyərkən həkimi dəqiq görüntü ilə təmin edir və onun monitora baxmasına, eləcə də damara daxil ola bilməsi üçün hər hansı əlavə avadanlıqdan istifadə etməsinə ehtiyac qalmır. Skaner tibb işçisinə xəstənin damarlarının vəziyyəti haqqında real məlumat verərəkən optimal seçim etməyə imkan verir.

Damar skaneri doğru damarı rahat tapmaqda, xarici toxumaların ziyanlarından qorunmaqda, istənilən rəngdə dəriyə sahib xəstələrdə damarları görməkdə, eləcə də hər hansı xəstəlikdən əziyyət çəkən və müalicəsi üçün tez-tez inyeksiyaya ehtiyacı olan xəstələrə yardım göstərilməsində əlverişlidir.

Mütəxəssislər qeyd edirlər ki, hazırda Rusiyaın bəzi tibb müəssisələrində damar skanerindən istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.