İnsult və ya kəllə-beyin travmasından sonra reabilitasiya üçün unikal sistem Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanıb. Sınaqlar göstərib ki, sistem pasiyentin vəziyyətini iki-üç dəfə yaxşılaşdırır.
meddaily.ru saytının məlumatına görə, reabilitasiya kontrollerə malik sensor ekrandan ibarət olan “EDNA” aparatının köməyilə həyata keçirilir. Onun vasitəsilə pasiyent oyunları müxtəlif çətinlik dərəcəsində oynaya bilər ki, bu da əl-ayaqların hərəkətliliyini qaytarmağa və beyində sinir əlaqələrini bərpa etməyə kömək edir. Sistem məşğuliyyətlər haqqında bütün informasiyanı “bulud”a yükləyir. Bunun sayəsində müalicə həkimi məlumatlara daimi giriş əldə edir.
“EDNA” yalnız oyun platforması deyil. Bu, mükəmməl əks-əlaqəni təmin edən unikal qurğudur. Yəni yalnız pasiyent platformanı hiss etmir, həm də o, pasiyenti “hiss edir”, onun inkişaf səviyyəsini qeydə alır və tapşırıqları çətinləşdirir”, –deyə universitetin hesabatında qeyd edilib. Hazırda “EDNA” aparatı Sidney xəstəxanalarından birində kliniki sınaqlardan keçirilir. Sistemin evdə istifadə üçün hazırlanmış yığcam versiyası da yoxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.