Rusiyada fiziki məhdudiyyətli insanlar üçün "düşünmə gücündən" istifadə edərək idarə olunan nəqliyyat vasitəsi sınaqdan keçirilib. “Zetta” şirkəti neyromobili istifadəyə vermək niyyətindədir.
Bu cihaz əlilliyi olan insanlar üçün dünyada düşüncə gücü ilə idarə oluna bilən ilk elektrikli avtomobil olacaq. Şirkətin nümayəndələri neyromobilin prototipinin N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti ilə birgə sınaqdan keçirildiyini və 2020-ci ildə kütləvi satışa çıxarılacağını bildirib.
ferra.ru saytının məlumatına görə, onun sürəti saatda 60 kilometrdir. Avtomobil 16 kVt / saat tutumlu “Life Po4” tipli batareya ilə təchiz edilib. Neyromobilin bir dəfə yüklənməsi 200 kilometrə qədərdir. Cihazın beyin-kompüter interfeysinin reaksiya müddəti isə 1-2 saniyədir.
Həmçinin, elektrikli avtomobil ön şüşədə və ya digər ekranda səyahət məlumatlarını göstərən genişlənmiş sistemə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.