Muzeylərin təhlükəsizliyi üçün yeni sistem hazırlanıb

12 Dekabr 2019 - 14:59 | Maraqlı məlumatlar
Muzeylərin təhlükəsizliyi üçün yeni sistem hazırlanıb

Samara istehsalçısı olan “Açıq kod” şirkəti qiymətli muzey eksponatlarının mühafizəsi üçün nəzərdə tutulmuş kompüter görməsi sistemini hazırlayıb.

İntellektual müşahidə sistemi hər bir eksponatı izləyir və muzey dəyərlərini etibarlı şəkildə qorumağa imkan verir. “Sistem hər hansı bir ziyarətçinin muzeyin qaydalarını pozduğunu aşkar edərsə dərhal xəbərdarlıq siqnalı verəcək. Məsələn, ziyarətçi eksponatı oğurlamaq və ya məhv etmək üçün maneəni aşsa, sistem ani sürət ilə ona cavab verəcək”, - deyə “Açıq Kod” şirkətinin rəhbəri Oleq Surnin bildirib.

İstehsalçıların fikrincə, muzey eksponatlarını qoruma texnologiyasının həlli məsələsi Tretyakov Qalereyasından Arxip Kuindjinin “Ay-Petri. Krım” rəsminin oğurlanmasından sonra xüsusilə kəskin şəkildə meydana çıxıb. planet-today.ru saytının məlumatında bildirilir ki, əsər günün günorta çağı muzeydən çıxarılıb - nə mühafizə, nə də təhlükəsizlik sistemi kömək edə bilməyib.

“Muzey obyektlərini oğrulardan və vandallardan qorumaq bəşəriyyətin mədəni irsinin qorunması ilə əlaqəli son dərəcə əhəmiyyətli vəzifədir. Buna görə platformamızın inkişafına bu həqiqəti dərindən bilməklə yaxınlaşdıq. Yaxın gələcəkdə sistem Ermitajda sınaqdan keçiriləcək və bundan sonra kompleksin tətbiqi Rusiya Federasiyasının digər muzey müəssisələrində də həyata keçiriləcək”, - deyə Surnin qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.