“NVIDIA” neyroşəbəkəsi şəkilləri bir saniyədə “canlandırmağı” öyrənib

11 Dekabr 2019 - 10:26 | Maraqlı məlumatlar
“NVIDIA” neyroşəbəkəsi şəkilləri bir saniyədə “canlandırmağı” öyrənib

Müasir videokartlar 3D görüntüləri monitorun yastı ekranında asanlıqla təqdim etsə də, sürətli 2D-təsvirindən üçölçülü model yaratmaq üçün onların məhsuldarlığı kifayət qədər deyil. “NVIDIA” şirkəti ikiölçülü rəsmlərin əskik hissələrini tam üçölçülü şəkillərə çevirərək “bitirməyə” malik olan süni intellektin köməyi ilə bu problemi həll edib. Gələcəkdə texnologiya, adi şəkillərdən bütün virtual dünyaları bir saniyə içində yarada biləcək.

4pda.ru saytının məlumatına görə, “DIB-R” adlı alqoritm 2D görüntüsünün üç ölçüdə necə görünəcəyini proqnozlaşdırmaq imkanına malikdir. O, gələcək həcmli modelin işıqlandırma, tekstura və dərinliyini proqnozlaşdırır. İstehsalçıların fikrincə, süni intellektin iş mexanizmi müxtəlif gözlərlə görünən stereoskopik şəkilə təsviri dəyişdirməyə imkan verən insan görməsinin xüsusiyyətləri ilə oxşardır.

“NVIDIA” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya yalnız oyun və multimedia sahələrində istifadə olunmayacaq. O, eyni zamanda avtonom robotların ətraf mühitlə qarşılıqlı əlaqədə olmasına, sahənin dərinliyini “hiss etməsinə” kömək edəcək.

Alqoritm tərtibatçıları iddia edirlər ki, “DIB-R” 2D heyvan təsvirlərini bir saniyədən az müddətdə real 3D görüntülərə çevirmək imkanına malikdir. Gələcəkdə fotoşəkillərdən üçölçülü dünyanı göstərmək bacarığı, “Skyrim” və ya “Grand Theft Auto” kimi açıq dünya oyunlarının dizaynı da daxil olmaqla məzmun yaratmaq üçün yeni üsullarının meydana gəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, istehsalçılar üçün alqoritm versiyasının buraxılış tarixi hələ elan edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.