“Ağıllı” ev daun sindromlu insanlara misilsiz imkanlar yaradır

10 Dekabr 2019 - 17:14 | Texnoloji yeniliklər
“Ağıllı” ev daun sindromlu insanlara misilsiz imkanlar yaradır

“Ağıllı” evlər daun sindromlu insanların müstəqil yaşamalarına şərait yaradacaq.

Yeni yaradılmış ev “ağıllı” ev cihazları, tənzimləyicilər və siqnal tətbiqetmələrindən ibarətdir. Bu ev daun sindromu olan insanların sərbəst şəkildə yaşaya bilmələri üçün xüsusi dizayn edilmiş  texnologiyalar ilə təchiz olunub.

“Ağıllı” ev platforması yaşayış üçün “ağıllı” qurğulardan və əşyalar İnterneti əsaslı tənzimləyicidən tutmuş daha sadə xatırlatmalara, görüləcək işlərin siyahısı və təlimatlara qədər bir sıra funksiyalardan ibarətdir.

“Mencap”ın icraçı direktoru Stiv Beker qeyd edir ki, insanların nail olmaq istədiyi əşyaların uzun siyahısı hazırlanıb və onların texnoloji həllərini tapmaq üçün “Vodafone” şirkətinə təhvil verilib. Bu siyahıda daun sindromlu insanlar üçün arzulanan və lazım olan hər şey öz əksini tapıb.

Böyük Britaniyanın bbcnews telekanalının verdiyi xəbərə görə, yeni texnologiya hər bir fərdi istifadəçi üçün öz ehtiyac və fərdi qabiliyyətlərinə uyğun olaraq aparat və proqram təminatı əsasında hazırlanıb. İnsanlar hər bir ehtiyac anında köməkçisinə video zəng edə bilirlər. Burada oyunlar oynamaq, əylənmək, musiqi dinləmək də mümkündür. Hətta xüsusi tətbiqetmədə verilən resept və hazırlanma qaydası əsasında rahatlıqla şirniyyatlar hazırlamaq da mümkündür.

Hazırda Birləşmiş Krallıqda 1,4 milyon daun sindromlu insan, hətta övladlarının köməyi olmadan sərbəst yaşamaq istəyən ahıllar belə “ağıllı” ev tətbiqetməsindən istifadə edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.