Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.
Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 1203.01 - “Kompüter elmləri” ixtisasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinə kuratorların təyin və təsdiq edilməsi məsələsinə həsr edildiyini bildirdi.
İclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Valeh Mustafayevin “Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması” mövzusunda dissertasiya işi təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq olundu.
İddiaçı V.Mustafayevin dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru, professorlar Məsumə Məmmədova və Vidadi Musayev, texnika elmləri doktoru Nadir Ağayev təyin olundular.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.