Ultrasəsin gücü Alsheymer xəstəliyinin müalicəsinə kömək edəcək

09 Dekabr 2019 - 14:25 | Maraqlı məlumatlar
Ultrasəsin gücü Alsheymer xəstəliyinin müalicəsinə kömək edəcək

Alimlər beyinin əlçatmaz zonalarına çatmağa nail olublar, bu da gələcəkdə Alsheymer xəstəliyinə qalib gəlməyə imkan verəcək. Məlumdur ki, neyrodegenerativ xəstəliklərin müalicəsində ən böyük problemlərdən biri hematoensefalik baryerdən keçməkdir. Bu maneə patogen, toksin və dərman vasitələrinin beyinə daxil olmasının qarşısını alır.

meddaily.ru saytının məlumatına əsasən, Qərbi Virciniya Universitetinin alimləri baryerin müvəqqəti zəifləməsi və dərmanların beyinə çatdırılması üçün ultrasəsdən istifadə ediblər. Bu metod əks-təsirlər olmadan üç pasiyent üzərində sınaqdan keçirilib.

Alimlər beyinin yaddaş üçün həlledici əhəmiyyətə malik olan sahələrinə çatmağa imkan verən, xüsusi bucaq altında yerləşdirilmiş şüa yayan sensorlarla təchiz olunmuş şlemdən istifadə ediblər. Nəticədə dalğalar həqiqətən beyinin ən uzaq zonalarına çatmağa nail olub. Eyni zamanda ultrasəs özlüyündə beyini təhlükəli yığınlardan təmizləyən immun cavabını aktivləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.