“Ağıllı” sığorta üçün peyk görüntüləri əsasında məlumat bazası yaradılacaq

06 Dekabr 2019 - 10:34 | Texnoloji yeniliklər
“Ağıllı” sığorta üçün peyk görüntüləri əsasında məlumat bazası yaradılacaq

Rusiya Federal Kosmik Agentliyinin “Kosmik rabitə” bölməsi 2021-ci ilədək peyk görüntüləri əsasında Rusiya ərazisindəki daşqın zonaları haqqında məlumat bazası yaradacaq. Bölmə tədqiqatçılarının fikrincə, bu baza, həmçinin sığorta haqlarının hesablanmasını sürətləndirəcək və dələduzluq hallarının qarşısını alacaq.

roscosmos.ru saytının verdiyi xəbərə görə, baza RF-in Fövqəladə Hallar Nazirliyinin və digər idarələrin verdiyi peyk şəkilləri əsasında formalaşdırılacaq. O, sığorta şirkətlərinə sığorta haqlarını daha sürətli və dəqiq hesablamağa, daşqından ziyan çəkmiş ərazilərdə ümumi zərəri qiymətləndirməyə və ödənişləri sürətləndirməyə imkan verəcək.

“Kosmik rabitə”nin baş direktoru Mixail Kireçkonun sözlərinə görə, baza “ağıllı” sığorta üçün infrastrukturun yaradılmasında əsas olacaq.

Rusiyanın 84 bölgəsini əhatə edəcək sistemin yaradılması üzrə işlərin bir il yarım ərzində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Rusiya şirkəti  “Easar” günəş şüalarını bir dəstəyə fokuslayan və onun köməyi ilə kosmik tullantıları məhv edən orbital aparatın eskizini yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.