Sinir hüceyrələrini tamamilə əvəz edə bilən kiçik çiplər yaradılıb

05 Dekabr 2019 - 10:38 | Texnoloji yeniliklər
Sinir hüceyrələrini tamamilə əvəz edə bilən kiçik çiplər yaradılıb

Böyük Britaniyanın Bata Universitetinin tədqiqatçıları barmaq ucuna yerləşən miniatür çip yaradıblar. İnsanın sinir hüceyrələrinin işini tamamilə təkrar etmək onun əsas xüsusiyyətidir. Tədqiqatçılar gələcəkdə onurğa beyninin bərpası və ürək çatışmazlığı müalicəsində bu kimi mikrokontrollerlərdən istifadə etməyi planlaşdırırlar.

4pda.ru saytının məlumatına görə, zədələnmiş sinir hüceyrələrini əvəz edən orqanizmdə neyron impulslarının zəruri keçidini təmin edə bilən bioelektron qurğular və implantlar bu hüceyrələrin istifadəsi üçün prioritet sahə kimi müəyyən edilib.

“İndiyə qədər alimlər üçün neyron bir növ “qara qutu” olaraq qalırdı, biz onun iş mexanizmini başa düşmək üçün indi aça bildik. Bizim işimiz həqiqi neyronların təsir mexanizmini ən xırda detallarda təkrarlamağa imkan verir”, - deyə Bata Universitetinin fiziki, tədqiqatın həmmüəllifi Alen Noqare bildirib.

Kiçik çipdə beyin ilə əlaqə üçün cavabdeh olan hippokamp və tənəffüs sinirlərini təqlid edən bir neçə yaddaş bölməsi mövcuddur. Çiplər real bioloji hüceyrələrdə elektrik impulsları üçün sintetik ion kanalları ilə təchiz edilib.

Mütəxəssislər gələcəkdə onurğa zədələri, Alzheimer xəstəliyi və digər xəstəlikləri olan insanların sağalmasına kömək edə biləcək tam hüquqlu sinir sistemi qurmağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.