Prezident İlham Əliyev “Bakutel 2019” sərgisi ilə tanış olub

04 Dekabr 2019 - 17:02 | Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel 2019” ilə tanış olublar.

president.az saytının məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma sərgi barədə məlumat verdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.