Kompüterə pasiyentlərin şikayətlərini yazmaq öyrədilib

04 Dekabr 2019 - 12:25 | Maraqlı məlumatlar
Kompüterə pasiyentlərin şikayətlərini yazmaq öyrədilib

“Amazon” komandası həkim üçün pasiyentlə danışıqları yaza bilən “Transcription Medical” neyroşəbəkəsini hazırlayıb. O, real zaman rejimində bunu edərək həkimi lazımsız işlərdən azad edir. Sistem tibbi leksikonu anlayır, həkimə pasiyentlə daha çox vaxt keçirməyə imkan verir.

hightech.fm saytının məlumatına əsasən, hazırda 30 dəqiqə qəbul müddəti olan həkim pasiyentin tibb kartına məlumatların daxil edilməsinə 10 dəqiqədən çox vaxt sərf edir. Bunu aradan qaldırmaq məqsədi ilə “Amazon”dan olan tədqiqatçılar həkimi qəbul zamanı məlumatları yazmaq ehtiyacından xilas edəcək bir vasitə hazırlayıblar. “Transcript Medica” həkimin xəstə ilə söhbətini real vaxtda mətn şəklində tərcümə etmək, oradan vacib məlumatları çıxarmaq və xəstənin tibb kartına və ya təyinatlar siyahısına yazmaq imkanına malikdir.

Şirkət nümayəndələrinin sözlərinə görə, əvvəlcə yalnız ABŞ-da işləməsi nəzərdə tutulan bu xidmət qanunvericiliyə, o cümlədən xəstələrin şəxsi məlumatlarının və və tibbi sirlərinin qorunması baxımından tam uyğundur.

Qeyd edək ki, “Transcription Medical”ın istifadəyə verilmə tarixi barədə hələ ki, məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.